Avtonəqliyyata nəzarət
İzləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın olduğu ərazini, onun sürətini və getdiyi məsafəni izləyə bilərsiniz.
Maşında quraşdırılan GPS/GLONASS peyklərinin köməyi ilə onun olduğu yer müəyyən edilir və məlumat GSM şəbəkəsi vasitəsilə monitorinq sisteminin server mərkəzinə ötürülür.
Bu həll aşağıdakı imkanlara malikdir:
- Avtonəqliyyat vasitələrinin hərəkətinə və boş dayanmalarına sutka ərzində nəzarət;
- Yanacaq sərfinə nəzarət;
- Məhdudlaşdırıcı zonaları təyin etmək və onların hüdudlarından kənara çıxmalara nəzarət;
- Obyektin hərəkət surətinə nəzarət;
- 30-dan çox göstəricidən (məsafə, motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatların alınması və lazımi formata salınması;
- Avtonəqliyyat vasitələrini müəyyən marşruta təhkim etməyə və həmin marşrutdan kənara çıxmalara nəzarət.
- Qoşulmuş datçiklərin (temperatur, təzyiq və s.) işinə nəzarət;
- Mühərrikin işinin dayandırılması.
