GPS Monitorinq

GPS izləmə sistemi – avtomobil və bütün növ nəqliyyat vasitələrinin izləmək və nəzarət etmək üçün istifadə olunan texnoloji vasitədir. GPS ABŞ tərəfindən yaradılıb və idarə olunan peyk sistemidir. Hər hansı bir obyektin yerinin dəqiq təyin olunması üçün istifadə olunur. Əsas məqsədi, GPS cihazı vasitəsi ilə dünyanın istənilən nöqtəsində obyektlərin hərəkət sürətinin təyin olunmasına imkan verən peyk sistemidir. GPS sistemi ilə bərabər Çin Xalq Respublikası tərəfindən idarə olunan analoji sistem – “BeiDou” adlanır, həmçinin Rusiya tərəfindən idarə və istifadə olunan analoji sistemdə mövcuddur, bu sistem “GLONASS” adlanır. Bu üç sistem bir yerdə GNSS (Global Navigation Satellite System) adlanır. GPS xidmətinə görə MOSS Group ilə +994774140011 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

GPS izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın aşağıdakı parametrlərinə nəzarət edə bilərsiniz:

Nəqliyyatın olduğu ərazi

Keçdiyi məsafə

Yanacaq sərfiyyatı

Hərəkətin sürəti

Müasir dünyada GPS-dən həm dövlət sektoru, həm də biznes sektoru geniş istifadə edir. Buna misal olaraq şirkətlərin öz avtomobillərinə, tikinti texnikasına və digər nəqliyyat vasitələrinə GPS cihazları quraşdıraraq, öz avtoparklarını tam nəzarətdə saxlamış olurlar. GPS izləmə sistemi dedikdə avtomobilin aşağıdakı parametrlərinə nəzarət etmək mümkündür:

1) yerləşdiyi dəqiq ünvana

2) avtomobilin sürətinə

3) avtomobilin kilometrajı (getdiyi məsafə)

4) sürücü davranışına

5) avtomobilin təhlükəsizliyinə

6) mühərrikin yağına

7) avtomobilin yanacaqına

8) təkərlərin təyziqinə

9) refrigerator tipli avtomobillərdə temperatura nəzarət və s.

GPS izləmə sistemi istifadə edən şirkətlər, ilk növbədə öz avtomobillərinin təhlükəsizliyini və sərf olunan yanacaq və digər resurslara qənaət etmiş olurlar. Araşdırmalarına görə, hər hansı bir təşkilat GPS cihazına xərclənən vəsaiti 2-3 ay ərzində etdiyi qənaət nəticəsində, geri qaytarmış olur. Qənaət dedikdə yanacaq sərfiyyatı və iş zamanı avtomobilin lazımsız istifadəsi nəzərdə tutulur. Statistikaya görə, hər ay şirkət avtomobilləri 25-30% qeyri iş məqsədləri ilə istifadə olunur.

Atm və ödəmə terminallarının monitorinqi

Anti-vandal nəzarət sistemi:Bütün terminalların rəqəmsal xəritə üzərində real vaxt rejimində monitorinqi;Müxtəlif hadisə baş verdikdə, o cümlədən, zərbə, güclü vibrasiya, qapının və seyfin açılması, qidalanmanın söndürülməsi…

Dizel generatorlara

və stasionar

obyektlərə nəzarət

Mobil obyektlər və nəqliyyatdan savayı,GPS sistemi dizel generatorları və bu kimi digər stasionar obyektlərə nəzarət etmək imkanına malikdir.Bu, elektrik enerjisi təchizatı dayandırıldıqda generatorun işə düşməməsi hallarının qarşısını almağa imkan verir.

Energetika sistemlərinin monitorinqi

Sistem əhali tərəfindən dispetçer mərkəzinə daxil olan müraciətləri gözləmədən, nəzarət olan zonalarda enerji təchizatının itkisi barədə qəza xidmətinin dispetçerini operativ məlumatlandırır…

Avtonəqliyyata nəzarət

İzləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın olduğu ərazini, onun sürətini və getdiyi məsafəni izləyə bilərsiniz. Maşında quraşdırılan GPS/GLONASS peyklərinin köməyi ilə onun olduğu yer müəyyən edilir və məlumat GSM şəbəkəsi vasitəsilə monitorinq sisteminin server mərkəzinə ötürülür…

Yanacaq səviyyəsi datçikləri

Vepamom yanacaq səviyyəsi datçikləri – nəqliyyat vasitəsinin çənində və ya yanacaq bakında yerləşdirilən, yanacağın səviyyəsinin ölçülməsi üçün nəzərdə tutulan yüksək dəqiqliyə malik datçiklərdir. Omnicomm LLS datçikləri nəqliyyatın monitorinqi sisteminin terminalına qoşulur.

bizimlə

əlaqə

Bizimlə əlaqə

Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq.

gps ödənişsiz quraşdırılma
gps peşəkar işçi qüvvəsi
gps çeşidlilik

Elə indi əlaqə saxla!

Son texnologiyalarla təhlükəsizliyinizi təmin edin – MOSS Group daim yanınızda!