GPS Monitorinq
GPS izləmə sistemi – avtomobil və bütün növ nəqliyyat vasitələrinin izləmək və nəzarət etmək üçün istifadə olunan texnoloji vasitədir. GPS ABŞ tərəfindən yaradılıb və idarə olunan peyk sistemidir. Hər hansı bir obyektin yerinin dəqiq təyin olunması üçün istifadə olunur. Əsas məqsədi, GPS cihazı vasitəsi ilə dünyanın istənilən nöqtəsində obyektlərin hərəkət sürətinin təyin olunmasına imkan verən peyk sistemidir. GPS sistemi ilə bərabər Çin Xalq Respublikası tərəfindən idarə olunan analoji sistem – “BeiDou” adlanır, həmçinin Rusiya tərəfindən idarə və istifadə olunan analoji sistemdə mövcuddur, bu sistem “GLONASS” adlanır. Bu üç sistem bir yerdə GNSS (Global Navigation Satellite System) adlanır. GPS xidmətinə görə MOSS Group ilə +994774140011 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
GPS izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın aşağıdakı parametrlərinə nəzarət edə bilərsiniz:
Müasir dünyada GPS-dən həm dövlət sektoru, həm də biznes sektoru geniş istifadə edir. Buna misal olaraq şirkətlərin öz avtomobillərinə, tikinti texnikasına və digər nəqliyyat vasitələrinə GPS cihazları quraşdıraraq, öz avtoparklarını tam nəzarətdə saxlamış olurlar. GPS izləmə sistemi dedikdə avtomobilin aşağıdakı parametrlərinə nəzarət etmək mümkündür:
1) yerləşdiyi dəqiq ünvana
2) avtomobilin sürətinə
3) avtomobilin kilometrajı (getdiyi məsafə)
4) sürücü davranışına
5) avtomobilin təhlükəsizliyinə
6) mühərrikin yağına
7) avtomobilin yanacaqına
8) təkərlərin təyziqinə
9) refrigerator tipli avtomobillərdə temperatura nəzarət və s.
GPS izləmə sistemi istifadə edən şirkətlər, ilk növbədə öz avtomobillərinin təhlükəsizliyini və sərf olunan yanacaq və digər resurslara qənaət etmiş olurlar. Araşdırmalarına görə, hər hansı bir təşkilat GPS cihazına xərclənən vəsaiti 2-3 ay ərzində etdiyi qənaət nəticəsində, geri qaytarmış olur. Qənaət dedikdə yanacaq sərfiyyatı və iş zamanı avtomobilin lazımsız istifadəsi nəzərdə tutulur. Statistikaya görə, hər ay şirkət avtomobilləri 25-30% qeyri iş məqsədləri ilə istifadə olunur.