Anti-vandal nəzarət sistemi:
Bütün terminalların rəqəmsal xəritə üzərində real vaxt rejimində monitorinqi;
Müxtəlif hadisə baş verdikdə, o cümlədən, zərbə, güclü vibrasiya, qapının və seyfin açılması, qidalanmanın söndürülməsi, temperaturun artması, terminalın yerinin dəyişməsi və s. hallarda bankomatda və dispetçer pultunda siqnalizasiyanın işə salınması;
Dispetçerin tələbi ilə və hər bir hadisə baş verdikdə fotoşəklin çəkilməsi;
Hesabat və fotoşəkillərin onlayn rejimdə saxlanılması;
Əlavə video müşahidə sisteminin qoşulması;
ATM terminalı oğurlandığı halda GPS koordinatlarının göndərilməsi;
Əlavə ehtiyat qidalanma, qidalanmanın sönməsi halında iki sutkadan artıq avtonom rejimdə işləmək imkanı;
İnkassatorların avtorizasiyası, seyflərin açılıb/bağlanılması və nəzarət olunan nöqtələrə edilən səfərlər üzrə hesabat;
24/7 ərzində servis xidməti
Hər hansı fövqəladə halın baş verdiyini qeydə almış sistem operativ olaraq həyəcan siqnalının ünvanı barədə dispetçerə xəbərdarlıq göndərir.
Dispetçer həmin ərazini rəqəmsal xəritədə müşahidə edir və ehtiyac olduqda, bu məlumatı təhlükəsizlik xidmətinin GPS naviqatoruna və ya mobil telefonuna göndərir.
Nəqliyyatın monitorinq sistemi ilə inteqrasiya olunması təhlükəsizlik xidmətinin hadisə yerində olub-olmaması, qeydə alınmış həyəcan siqnalı və təhlükəsizlik xidmətinin hadisə baş vermiş əraziyə gəlməsi arasındakı vaxt intervalı və s. dair hesabatlar almaq imkanı verir.