İzləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın olduğu ərazini, onun sürətini və getdiyi məsafəni izləyə bilərsiniz. Maşında quraşdırılan GPS/GLONASS peyklərinin köməyi ilə onun olduğu yer müəyyən edilir və məlumat GSM şəbəkəsi vasitəsilə monitorinq sisteminin server mərkəzinə ötürülür. Bu həll aşağıdakı imkanlara malikdir:
Avtonəqliyyat vasitələrinin hərəkətinə və boş dayanmalarına sutka ərzində nəzarət;
Yanacaq sərfinə nəzarət;
Məhdudlaşdırıcı zonaları təyin etmək və onların hüdudlarından kənara çıxmalara nəzarət;
Obyektin hərəkət surətinə nəzarət;
30-dan çox göstəricidən (məsafə, motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatların alınması və lazımi formata salınması;
Avtonəqliyyat vasitələrini müəyyən marşruta təhkim etməyə və həmin marşrutdan kənara çıxmalara nəzarət.
Qoşulmuş datçiklərin (temperatur, təzyiq və s.) işinə nəzarət;
Mühərrikin işinin dayandırılması.