Mobil obyektlər və nəqliyyatdan savayı,GPS sistemi dizel generatorları və bu kimi digər stasionar obyektlərə nəzarət etmək imkanına malikdir.
Bu, elektrik enerjisi təchizatı dayandırıldıqda generatorun işə düşməməsi hallarının qarşısını almağa imkan verir. Yaxud, generator qoşulmuş vəziyyətdə olduqda elektrik enerjisi verildikdə, generator işləməyə davam edir və boşuna işləyərək yanacağı sərf edir. Bu halların hər hansı biri baş verdikdə, sistem dərhal SMS və ya E-mail xəbərdarlığı göndərir və generatoru uzaqdan dayandırmaq və ya işə salmaq imkanı verir.
Uzaqdan işə salma və ya dayandırmadan başqa, yanacaq səviyyəsinə, mühərrikin dövrlərinə və çıxış gərginliyinə nəzarət etmək də mümkündür.
Yanacağın doldurulması, boşaldılması və sərfinin uçotu, habelə hesabatların cəmləşdirilməsi tam avtomatik rejimdə aparılır. Yanacaq datçiklərinin quraşdırılmasından əlavə, CAN şinindən verilənlərin uzaqdan oxunması da mümkündür.