Bizimlə əlaqə

Bizimlə Əlaqə

Vepamom yanacaq səviyyəsi datçikləri – nəqliyyat vasitəsinin çənində və ya yanacaq bakında yerləşdirilən, yanacağın səviyyəsinin ölçülməsi üçün nəzərdə tutulan yüksək dəqiqliyə malik datçiklərdir. Omnicomm LLS datçikləri nəqliyyatın monitorinqi sisteminin terminalına qoşulur və ölçülmüş səviyyənin göstəricisini ona ötürür.

Bütün Omnicomm LLS yanacaq datçikləri göstəricilərin yüksək dəqiqliyi və sabitliyi, -60 dərəcədən +85 dərəcəyədək geniş temperatur diapazonunda işləmək imkanı, həmçinin maksimal yüksək elektrik qidalanma gərginliyi və elektrik dövrələrini qoşulma maneələrindən və səhvlərindən mühafizə etməsi ilə seçilir. Bütün temperatur diapazonunda səviyyənin ölçülməsinin nisbi xətası 1 %-dən yuxarı olmur. Bütün Omnicomm LLS yanacaq datçiklərinə ömürlük zəmanət verilir.

YSD Vepamom RS-232 və RS-485 rəqəmli interfeyslərə malikdir.

Rəqəmli interfeyslərin istifadəsi maneələrdən yüksək səviyyədə mühafizəni və verilənlərin ötürülməsi dəqiqliyini, həmçinin ölçmənin maksimal imkanlarını təmin edir.

Bundan əlavə, datçik gücləndirilmiş qalvanik izolyasiya hesabına qidalanma dövrlərinin yüksək səviyyədə mühafizəsi ilə fərqlənir.

Bütün Vepamom yanacaq səviyyəsi datçikləri həcmi növ səviyyəölçənlərə aiddir. Movcud rezistiv yanacaq datçikləri ilə müqayisədə həcmi datçiklər tamamilə elektron iş sxemi və hərəkət edən hissələrin yoxluğu ilə fərqlənir, bu da yüksək dəqiqliyi, işin stabilliyini və etibarlılığını təmin edir. Axın yanacaq sərfiyyatölçənlərdən fərqli olaraq, həcmi səviyyə datçikləri yanacaq magistralına yerləşdirilmir və mühərrikin işinə təsir etmir, həmçinin doldurma və boşaltma həcmlərini dəqiq müəyyən etməyə imkan verir, hansı ki, yanacaq sərfiyyatölçənlərinin istifadəsi zamanı mümkün deyil.

Datçiklərdə yanacağın dəqiq səviyyəsinin hesablanması üçün Vepamom şirkətinin işləyib hazırladığı Fuelmetrix tərəddüdlərin filtrasiyası alqoritmindən istifadə olunur ki, bu, hətta ekstremal istismar şəraitində səhih məlumatların əldə edilməsinə zəmanət verir.

Maye səviyyəsinin ultrasəs datçiki

Yanacaq sərfinin ultrasəs datçikləri iki əsas hissələrdən ibarətdir. Yanacaq sərfini ölçən datçik maye bakının dibində quraşdırılır. Yanacaq sərfinə nəzarətin həyata keçirildiyi elektron cihaz bakdan kənarda yerləşir və içindəki mayenin səviyyəsini göstərir. Yanacaq sərfinə nəzarət ultrasəs impulsunun köməyi ilə həyata keçirilir. İmpuls, cihazdan bakdakı maye səthinə ötürülür və buradan əks olunur və yanacaq sərfini ölçək datçikə keçir. Yanacaq sərfinə nəzarət impulsun çənin səthindən dibinədək çatmasının vaxtının müəyyən edilməsi və avtomatik olaraq həcmə çevrilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, USŞ cihazın özünün maye ilə təması olmadan yanacaq sərfinə operativ nəzarəti həyata keçirməyə imkan verir.

Yanacaq səviyyəsinin kontaktsız ultrasəs datçikləri QLONASS/GPS göyərtə naviqasiya avadanlığının tərkibində və ya müstəqil olaraq ölçülən mühitə daxil etməklə maye səviyyəsinin ölçülməsi üçün nəzərdə tutulmuşdur.

Yanğın təhlükəsizliyi və partlayışdan müdafiə tələblərinin xüsusilə aktual olduğu, daha “təhlükəli” texnologiyalardan istifadənin mümkün olmadığı nəqliyyat vasitələrində yanacaq sərfi sistemlərinin tərkibində istifadə olunur.

Hazırda aşağıdakı maddələrin səviyyəsini ölçmək imkanı var:

Benzin

Dizel yanacağı

Maye qaz

Spirt

Süd

Turşular

Kerosin

Boyalar

Həlledicilər və s.

Fərqləndirici xüsusiyyətləri:

Yanacaq çənini dəlmədən bərkitmə üsulu

Yanacaqla təmasın olmaması

Məlumatın yüksək yanacaq təhlükəsizliyi və partlayışdan müdafiəsi

Yüksək ölçmə dəqiqliyi

Yanacaq temperaturunun ölçülməsi və datçikin göstəricilərinə düzəlişlərin edilməsi

Daxili yanacaq datçikinin qoşulma bloku (minik avtomobilləri üçün)

Analoq çıxışı və EIA-485 kommunikasiya interfeysi olan yanacaq səviyyəsinin rezistiv üzgəcli datçikinin adapteri.

Minik avtomobilləri, mikroavtobuslar, yüngül yük maşınlarında yanacağın monitorinq funksiyasını ən qənaətli üsul ilə tətbiq etməyə imkan yaradır.

Sərfölçənlər

VZO 4 OEM, VZO 8 OEM yanacaq sərfölçənləri dizel və benzin yanacaqlı nəqliyyat vasitələrinin yanacaq sərfinin ölçülməsi üçün nəzərdə tutulmuşdur. Bu, İsveçrənin «Aquametro» AG şirkətinin məhsuludur. Sayğacın elektron hissəsi xaricdən müdaxilələrdən müdafiə olunmur. Şirkətimiz bu məhsulu təkmilləşdirib, indi o, vibrasiyadan və maqnit sahəsindən qorunur. Sərfölçən daha da etibarlı olub.

Bizimlə Əlaqə

Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq.

gps ödənişsiz quraşdırılma
gps peşəkar işçi qüvvəsi
gps çeşidlilik

En son teknolojilerle güvenlik sağlayın —
MOSS Group her zaman yanınızda!